azia.az
azia.az

Türkmənistanda qadınlara ŞOK QADAĞA

15-06-2022, 07:45


Türkmənistanda qadınlar üçün kosmetika satan mağazalar yoxlanılmağa başlayıb.
Türkmənistanda qadınlara ŞOK QADAĞA
Bildirilir ki, istehlakçıların "sağlamlığına və görünüşünə" zərər verə biləcək kosmetik məhsullar rəflərdən uzaqlaşdırılıb.

Satıcıların və alıcıların dediyinə görə, onlarda belə bir təəssürat yaranıb ki, müfəttişlərin dəqiq göstərişləri yoxdur və onlar nəyin satıla biləcəyini, nəyin satıla bilməyəcəyini göz ilə müəyyən edirlər.

Bir qayda olaraq, rəflərdən dırnaq boyası, dodaq boyası, tuşu yığışdırmağı tələb edirlər. Gigiyena vasitələri - şampunlar, gellər və kremlərin satışına icazə verilir.

Xatırladaq ki, aprel ayında Türkmənistan hakimiyyəti qadınların zahiri və mənəvi görünüşünü müzakirəyə çıxarmışdı.
Ölkədə tələbələr və məktəbli qızlara milli adət-ənənələrə riayət etməyin zəruriliyi aşılanmışdı. Saçların rənglənməsi, ifrat makiyaj, kirpik və dırnaq uzatma, dodaq böyütmə prosedurlarının yolverilməzliyi diqqətə çatdırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi