Asya və Fuad arasında qalmaqal: "Bəzi şeyləri paylaşsam, gərək ölkədən köçəsən"
Bir müddət əvvəl boşanmış məşhur cütlük - bloqer Asya Aslanova və fotoqraf Fuad İsmayılov sosial şəbəkə hesabları vasitəsilə bir-birilərini təhdid edirlər.
Bakupost.az xəbər verir ki, Fuad ad çəkmədən Asyanın ünvanına bu sözləri yazıb: "Bu günə qədər susmuşam və görürəm ki, bir nəfərin ayağı yer alıb. Özün də bilirsən ki, bəzi şeylər var, paylaşsam, gərək ölkədən köçəsən. Ağzımı açdırma. Mənim də bir səbrim var. Elə bil atası evindən səhifə gətirib (@asyafuad-red.), Aprelin 24-də hesabın parolunu dəyişdi, məni atdı, indi də "ataman”lıq edir. Səhifənin sayəsində maşın aldı, rəfiqəsinin adına yazdırıb ki, məhkəmədə ondan danışılmasın. Sonra da haqq-ədalətdən və düzgün mülk bölgüsündən danışır. Səhifənin "qaloçka”sını da mən almışam. Ödənişlə. Yalandan yazmışdı ki, sorğu göndərdim, səhəri gəldi. Bu dörd ayda ananla birləşib mənə qarşı etmədiyin şeylər qalmadı. Bir dəfə də olsun cavab vermədim, dedim, qadındır, uşaqlarımın anasıdır. Amma bu dəfə səni məhv edərəm. Etdiklərinin üstünü açaram, insan içindən çıxa bilməzsən”.
Asya isə paylaşılanlara belə reaksiya verib: "Görəsən hamilə vaxtımdan tutmuş dünənə qədər olanları - bütün hər şeyi paylaşsam, ölkədən kim köçər? Pis insana niyə məhz dünənə qədər "evə qayıt” deyilsin? Məni ən çox qadınlar yaxşı başa düşər. Mən heç kimin nüfuzuna və adına zərər vermək istəməmişəm. Mənim bütün ətrafım, bütün qohumlarım həmişə bilib ki, düşmənçilik edən tərəf olmamışam. Çünki mənim övladlarım var! Məni hədələmə! Paylaş! Qarşılıqlı paylaş! Baxaq bu ölkədəki insanlar kimə haqq verəcək. Mənə haqq verilməsə, mən bu ölkədən gedərəm. Bu qədər də açıq deyirəm!”
Qeyd edək ki, eks-cütlüyün iki övladı var. Sözügedən instaqram səhifəsinin 787 min izləyicisi var.