azia.az
azia.az

Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama

18-01-2022, 13:03

Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Dünən Azərbaycanın üç tanınmış blogeri ilə instaqramda kifayət qədər populyar olan “Birkahvebingiybet” adlı maqazin səhifəsi arasında qalmaqal yaranıb.

OLAY yazır ki, tez-tez xarici və yerli şou dünyası, həmçinin blogerlərin fəaliyyətindən xəbərlər yayan hesab bu dəfə Səbinə (Sabi) Orucova replika geyimi barədə paylaşım edib.

İddiaya görə, buna qəzəblənən Sabi və iki tanınmış rəfiqəsi sözügedən səhifədən şikayətçi olub.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Bunun ardınca sözügedən maqazin hesabının izləyiciləri də Sabinin hesabına kütləvi axın edərək instaqramını spamlayıb. Nəticədə Orucovanın hesabının bloklandığı vurğulanıb.

Sabidən əlavə, digər iki populyar şəxsin Aynişan Quliyeva və Asya Fuad (İsmayılova) olduğu qeyd olunub.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Asya Fuad

Sosial media, eyni zamanda KİV, bloger nümayəndələri həmin səhifəyə dəstək paylaşımları edib. Türkiyədə yaşayan xanım tərəfindən idarə edilən hesab yenisi ilə əvəzlənib, “Bir kahve bin giybete destek” adlı səhifə qısa müddətdə 20 mindən çox izləyici toplayıb.

İddiaya görə, bunun ardından A. Quliyeva paylaşım edən tanınmış şəxsləri yazaraq dəstək postunu silməyi tələb edib. Onun arzusunu yerinə yetirməyənləri isə izləmədən çıxarıb.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Aynişan Quliyeva

Aynişan instaqramda post paylaşaraq “kimlərin kimin yanında gözü kölgəlidir, bu açıq şəkildə nümayiş olundu. Çox pis yandırdız”, - deyə vurğulayıb.

OLAY ittihamlara cavab almaq üçün Sabi və Aynişanla əlaqə saxlayıb.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Quliyeva zəngləri cavabsız qoyub. Sabi isə iddialara belə şərh verib:

“İllərdir səhifə işlədirəm, hələ belə hallarla qarşılaşmamışdım. O hər zaman mən və rəfiqələrim haqda pis postlar atır. Qəbul etməsə də, insanların mənliyinə və ləyaqətinə toxunacaq olan sözlər yazır. Biz “public” səhifə işlədiriksə, bu o demək deyil ki, hamı ağzına gələni yaza, təhqir edə bilər. O isə sırf anti-bloger paylaşımlar edir. Bu günə qədər heç nə etməmişik, susmuşuq. Həmin insan mənimlə bağlı bir paylaşım etdi, onu sətiraltı mənasını anladım, izləmədən çıxardım. Heç nə yazmadım. Daha sonra, ondan bir gün əvvəl məni tərifləyən insan status yazır, xoş olmayan bir xitab edir. Mən də onu gördüm, özünə yazdım ki, bunu mənə bildirsən, izləmədən çıxma səbəbimi deyərdim.

Onunla mesajlaşmalarımız məndə də var. Bir müddət sonra onu “kısıt”ladım. Çünki mesaj səviyyəsini itirirdi. Heç bloklamadım. Ona bildirdim ki, mənimlə bağlı paylaşım etməyini istəmirəm. Çünki bizi hər kəs paylaşır, bir çoxu icazə alır. Bu bir mədəniyyətdir. Belə də olmalıdır. Mən qadağan etdikdən sorna, “paylaşaram, görərsən” kimi qıcıqlandırıcı sözlər dedi. Dedim, paylaş, gör nə olur. Mən də paylaşdığı şəkillərimlə bağlı instaqrama müraciət etdim, şikayət etdim! Hansı səbəbdən şikayət etdiyim meildə qalıb, sübutlarım var.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Aynişana iki-üç gün əvvəl söz atmışdı. Onun da haqqı idi. O, da öz profilindən özü haqda olan paylaşımları şikayət etdi. O, öz profilindən mənim adıma şikayət göndərə bilməz. Bu, real deyil. Ancaq öz şəklidirsə, instaqram bağlayır. Həm də haqlı səbəb göstərməlisən. Mən də səbəb kimi öz şəkillərimin paylaşılmasını istəmədim. Şikayət etdim, geri meil gəldi. Bildirildi ki, şikayətiniz əsaslı qəbul edildi və şəkillərinizi sildik. Mənim bir neçə postum ondan silindi. Daha sonra bildirildi ki, başqa postların da var. İkinci dəfə də şikayət etdim ki, onları da silsin. Ona görə ki, həmin səhifədə yer almaq istəmədim. İddia olunur ki, guya tənqidi qəbul etməmişəm. Bu, səhvdir, yalandır. O deyir ki, səhifəsində təhqirə icazə vermir, kiminsə xarici görünüşünü ələ salmıram.

Amma bu yaxınlarda Asyanın xarici görünüşünü ələ salmışdı, təhqirli şərhlər silinməmişdi. Mən də ona görə izləmədən çıxdım.
Mənə meil gəlib ki, səhifəm niyə bağlanıb. Səhifəmi spam ediblər, 24 saat sonra bilinəcək ki, nə səbəbə şikayət ediblər. Qeyd ediblər ki, təxminən axşam 20-21:00-da qaytaracağıq. Mən də “mavi tık” yoxdur, onun səhifəsini bağlatdıra bilmərəm. Bunun üçün böyük səbəb lazımdır. Mən sadəcə şikayət göndərmişəm. Qarşılıqlı spam etdiyimiz üçün instaqram hər iki səhifəni araşdırır”.
Üç blogerin səhifə bağlatması gündəm oldu - Sabidən açıqlama
Bəs, görəsən Türkiyə vətəndaşı olan xanım Azərbaycanda yaşayan biri barədə şikayətçi ola bilərmi?

Türkiyə və Azərbaycan Daxili İşlər Nazirliyi sıx əməkdaşlıqda olduğunu nəzərə alaraq sözügedən şəxs Bakıda yaşayan üç bloger barədə şikayətçi olmağı mümkündür.

Bəs “Birkahvebingiybet” səhifəsi hansı halda məhkəməyə müraciət edə bilər?

OLAY mövzu barədə hüquqşunas Babək Həmidovdan rəy alıb:

“Həmin şəxslərin onun hesabını bağlatdırması barədə sübutu varmı? Birinci növbədə sübutlar təyin olunmalı, daha sonra şikayət edəcəyi şəxslərin ev və qeydiyyat ünvanı və hesabı bağlanan insana dəyən ziyanın miqdarı müəyyənləşməlidir. Mənəvi psixoloji zərər və yaxud başqa məsələlər də qeydə alına bilər. Bundan sonra qeydiyyatda olduqları ərazidə məhkəməyə müraciət mümkündür”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi