Ənvər Həsənovdan xəbər var
![]()
Xalq artisti Ənvər Həsənovun səhhəti nisbətən yaxşılaşıb.
Azia.az xəbər verir ki, bu barədə sənətkarın qızı Aytən xanım məlumat verib.
Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşmağa doğru gedir: “Əvvəlki günlərə baxanda bu gün yaxşıdır. Gələn həftənin ikinci günü karantin müddəti də bitəcək. Ondan sonra MRT və digər lazımi müayinələr aparılacaq”, – deyə qeyd edib.
APA