azia.az
azia.az

Arif Babayevin səhhəti pisləşdi

11-10-2021, 15:53

Arif Babayevin səhhəti pisləşdi
Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Azia.az xəbər verir ki, bu barədə Xalq artistinin yaxınları məlumat veriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini sabit qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi