azia.az
azia.az

Ənvər Seyidovun səhhəti ilə bağlı müəmma

28-09-2017, 10:54

Ağır Cinayətlər Məhkəməsinin hakiminin beyninə qan sızıb. Musavat.com-a daxil olan məlumatda qeyd edilir ki, tanınmış hakim Ənvər Seyidov dünəndən Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Hakimin vəziyyəti ağır, həyatı təhlükəsi olduğu bildirilir. Məsələ ilə bağlı Mərkəzi Nefçilər Xəstəxanası ilə əlaqə saxladıq. Lakin Xəstəxananın reanimasiya şöbəsindən bildirdilər ki, burada qeyd olunan adda xəstə yoxdur.

Qeyd edək ki, Ənvər Seyidov keçən ilin dekabrında hipertonik kriz, ürək çatışmazlığı və beyin qan dövranının keçiriciliyinin pozulması diaqnozu ilə xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilimişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi