azia.az
azia.az

“KiViN” Müşviqi təkzib etdi - Ad hələ də “Buta”dır

24-01-2022, 12:01

“KiViN” Müşviqi təkzib etdi - Ad hələ də “Buta”dır
Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən komandayla bağlı qalmaqal səngimək bilmir.

OLAY yazır ki, “Şuşa” adlı komandanın adı dəyişdirilərək “Buta” edilmişdi. Sosial şəbəkə izləyiciləri isə buna etiraz etmişdilər. Komandanın rəhbəri, tanınmış ssenarist Müşviq Abbasov açıqlama yayaraq adın dəyişdirilməsi tələbini Ruben Jaqinyan adlı erməni şəxsin etdiyini bildirmişdi. Ötən gün isə “Şuşa” adının bərpa edildiyini söyləmişdi.

Lakin KVN-nin rəsmi instaqram səhifəsində paylaşılan post isə M.Abbasovun açıqlamasını təkzib edir. Belə ki, səhifədə ölkəmizi təmsil edən komandanın adı “Buta” olaraq qeyd edilib.

“KiViN” Müşviqi təkzib etdi - Ad hələ də “Buta”dır
“KiViN” Müşviqi təkzib etdi - Ad hələ də “Buta”dır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi