Müğənni Dilarə Kazımova Misirin Şarm əş-Şeyx şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi ləyaqətlə təmsil edib
Müğənni Dilarə Kazımova Misirin Şarm əş-Şeyx şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi ləyaqətlə təmsil edib. Dilarə Kazımova ərəbləri özünə heyran qoydu.
Azia.az BAKU.WS-a istinadən xəbər verir ki, Beynəlxalq Asiya və Hindistan kino festivalında çıxış edən müğənni Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edib.
Müğənni çıxışı zamanı çəkilən fotolarını “Instagram” hesabında paylaşıb.
“Azərbaycanı beynəlxalq kino festivalında təmsil etmək mənim üçün böyük şərəf oldu. İfamı Misirin ali nümayəndələri, görkəmli şəxsləri və peşəkar ifaçılar dinlədilər. Onlar üçün “Sarı gəlin” kompozisiyasını ifa etdim. İfamın hamının xoşuna gəlməsi mənim üçün ağlasığmaz dərəcədə xoş oldu” – Kazımova yazıb.