azia.az
azia.az

Ağ Ev təkzib etdi: Trampın Ərdoğanla görüşü...

30-11-2018, 08:59

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cənubi Koreya dövlət başçısı Mun Çje İnlə də G20-də planlaşdırılan görüşü ləğv edib.
azia.az xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri rusiyalı həmkarı Vladimir Putinlə də görüşdən imtina etdiyini açıqlamışdı.Ağ Ev sözçüsü Sara Sanders ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında rəsmi görüş olmayacağını, ancaq qeyri-rəsmi görüşün nəzərdə tutulduğunu bəyan edib.Sanders sosial şəbəkə hesabından məsələ ilə bağlı açıqlamasında görüşlərin sammit zamanı qeyri-rəsmi şəkildə ayaqüstü aparılacağını deyib:"Açıq danışsaq, Türkiyə və Cənubi Koreya liderləri ilə keçiriləcək görüşlər hələ də proqramdadır və ləğv edilməyib".Argentina mediası isə ABŞ liderinin Çin lideri Szinpinlə görüşəcəyini iddia edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi