azia.az
azia.az

“Satmısınız, mən də almışam” - QALMAQAL

29-12-2021, 11:27

“Satmısınız, mən də almışam” - QALMAQAL
Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallının onun mahnısını oxumamasından gileylənib.

Azia.az AMİA.AZ-a istinadən xəbər verir ki, bu barədə o, "10-da görüşək" verilişində danışıb.

"Bəzi müğənnilər gedirlər bir mahnıdan toy tuturlar, başlayırlar başqa bəstələrin də üstünü dəyişirlər. Gülaya gözəl mahnı vermişəm, "Əl çəksin kədər". Görürəm ki, oxumur. Mən də toy tutmaq üçün elə mahnılar yazaram. İstəmədiyim üçün müğənni oldum. Elə müğənnilərə mahnı verəndə oxumurlar. Deyirlər, bundan pul gəlmir", - deyə bəstəkar-müğənni bildirib.

Zeynallının Seyidcahana cavabı gecikməyib. "Elza xanım, sizi çox sevirəm, hörmətim var sizə. Amma mahnı verməmisiniz, satmısınız, mən də almışam. Mahnı artıq mənimdir. Ürəyim istəyən zaman ifa edəcəm", - ifaçı instaqram hesabında yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi