Gülay Zeynallıdan qalmaqallı sözlər: "Mən oxuyandan sonra..."
Müğənni Gülay Zeynallı qalmaqallı çıxışı ilə diqqət çəkib.
Azia.az xəbər verir ki, “Özəl” verilişinə qonaq sənətçi, "Yarım gözlər məni" ifasından danışıb. Gülay həmin mahnını həmkarı Tacir Şahmaroğlunun da oxuduğunu bildirərək ona eyham vurub:
“Bəzi müğənnilər kimi mövsümlə oxuyan deyiləm. Könlümdən nə keçirsə onu da oxuyuram. Baxmıram küçədə yağış yağır, yoxsa gün çıxır. Belə müğənnilərimiz var. Bir dəfə Hacı Nazimin yanına getdim, ondan mahnı istədim. Bir kompozisiya xoşuma çox xoşuma gəldi. "Yarım gözlər məni" mahnısını onda seçdim, Nazim dedi Tacir Şahmalıoğlu artıq bunu oxuyub. Dedim, nə fərqi var, icazə aldıb oxuyaram. Elə də oldu. Mən oxuyana qədər o mahnı Tacir müəllimin yadına düşmürdü. Mən oxuyandan sonra o da ifa etməyə başladı".