azia.az
azia.az

Xeyriyyə konsertində QALMAQAL

18-02-2016, 11:29

Xeyriyyə konsertində QALMAQAL Bu gün Rus Dram Teatrında “Məhəmməd üçün” adı altında xeyriyyə konserti keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan tədbirə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecəyə təşrif buyuran qonaqlar səhnədə öz mahnılarını oxuyublar. Afaq Gəncəlinin aparıcılıq etdiyi tədbirə əməkdar artist Röya Ayxan, müğənnilərdən Natavan Həbibi, Kərim Abbasov, Roza Zərgərli, Vasif Məhərrəmli, Xuraman Şuşalı, Sevinc Musayeva, Ceyhun Əliyev, Əbdül Xalid, Samira Allahverdi, Mirkamil Kamilov və başqaları gəlib.
Tədbir qalmaqalsız ötüşməyib. Belə ki, səhnəyə dəvət olunan müğənni Roza Zərgərli bir mahnı oxuduqdan sonra növbəti mahnısını ifa etmək istəsə də ona icazə verməyiblər. Müğənni isə buna əsəbiləşərək, narazılığını kulisdə təşkilatçılara bildirib: “Əlimə qutunu alıb, səhnəyə düşdüm ki, mən ifa edə-edə insanlar bu qutuya pul atsınlar. İstəyirdim daha bir mahnı oxuyum ki, pul yığılsın. Amma icazə vermədiniz. Bu cür təşkilatçılıq olmaz”.
İfaçı sözlərini deyərək, məkanı əsəbi şəkildə tərk edib.
Tədbirin təşkilatçıları isə bildiriblər ki, öncədən dəvət olunan müğənnilərə bir mahnı oxuyacaqları deyilib: “Dəvət olunan hər bir müğənniyə demişdik ki, bir mahnı oxusunlar. Röya Ayxan isə iki mahnı. Roza xanımın nədən belə etdiyini isə anlamadıq”.
Qeyd edək ki, 5 yaşlı Məhəmməd hazırda Türkiyənin Ankara şəhərində yerləşən Hacıtəpə xəstəxanasında müalicə alır. Xeyriyyə aksiyasından toplanmış pullar məhz onun əməliyyatı üçün xərclənəcək. Əməliyyata isə 70.000 dollar pul lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi