azia.az
azia.az

Rahidə Baxışova zorakılığa məruz qalmasından danışdı: "Uşaq idim..." - VİDEO

20-12-2021, 11:28

Rahidə Baxışova zorakılığa məruz qalmasından danışdı: "Uşaq idim..." - VİDEO
Müğənni Rahidə Baxışova orta məktəbdə oxuyarkən müəllimi tərəfindən zorakılığa məruz qalıb.

Azia.az xəbər verir ki, ifaçı bu barədə Tolikin "Hər şey daxil" proqramında danışıb:

"Aybəniz adlı riyaziyyat müəllimim mənim yaddaşımda o qədər pis qalıb ki... O müəllimin adı gələndə nifrətim oyanır. Dırnaq boyası çəkib məktəbə getmişdim, cəzalandırdı. Taxta xətkeşlə əllərimə vurdu. Uşaq idim, əlimi xətkeşlə döymədən başa sala bilərdi. İnanın, illər keçib, hələ də o qadına nifrətim soyumayıb. Əvvəllər deyirdim ki, o qadın ölsə belə, bir içim su vermərəm".



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi