Müğənnilər toya nə qədər pul yazdırır? - SORĞU
Azia.Az-ın tanınmışlar arasında apardığı sorğunu təqdim edir:
Şou-biznes nümayənələri getdiyi toylara, ad günlərinə yazdırdıqları məbləği açıqlayıblar.
Xatun Əliyeva bildirib ki, getdiyi məclisə min manat pul yazdırıb. Təkcə prodüseri Pənahın toyunda İKİ min manat pul verib:
“Ad gününə hədiyyəni sevmirəm. Mütləq pul olmalıdır”.
Rahidə Baxışova imkanı nəyə çatır, onu ödədiyini deyib. O, “500 də olub, 100-200 manat da” deyə söyləyib.
“Əvvəl zinət əşyaları aparırdım, indi pul aparıram, çünki əvvəlki toylarım yoxdur”, - deyə Mətanət Əsədova bildirib.
Müğənni Nazənin isə getdiyi məclisə ən az 200 manat apardığını söyləyib. O bildirib ki, hətta min manat və ya dollar da yazdırdığı olub.
Aybəniz Abdulova