azia.az
azia.az

Türkiyəli müğənnindən ŞOK İDDİA: “İllər əvvəl İbrahim Tatlıses tərəfindən təcavüzə məruz qaldım”

1-11-2021, 14:40

“Uçankuş TV“ də yayımlanan Gökay Kalaycıoğlu proqramının qonağı olan türkiyəli müğənni Serpil Benay illər əvvəl İbrahim Tatlısəs tərəfindən zorakılığa məruz qaldığını iddia edib.
Türkiyəli müğənnindən ŞOK İDDİA: “İllər əvvəl İbrahim Tatlıses tərəfindən təcavüzə məruz qaldım”
Musavat.com xəbər verir ki, yaşadıqlarını danışan müğənni “Bu hadisə mənim sonum oldu” deyib.

Canlı yayımda səmimi etiraflar edən Serpil Benay İbrahim Tatlısəs haqqında xeyli danışıb.

Qeyd edək ki, Serpil Benay 1980-1990-cı illər arası Türkiyədə məşhur müğənnilərdən biri olub.
“Bu hadisə mənim karyeramın sonunu gətirdi”
"Cinsi zorakılığa məruz qalmısınız?" Sualına bağlı cavab verən Serpil Benay bunları deyib: “25-30 il əvvəl İbrahim Tatlısəsin zorakılığına məruz qaldım. Mən bu açıqlamaları gündəmə gəlmək üçün vermirəm. Mənə belə şeylər lazım deyil. O hadisə vaxtı sevgilim çox qəzəblənmişdi. Sonra bir çox hadisələr oldu. O da mənim karyeramın sonunu gətirdi. Məni tamamilə bitirdilər”.

“İbrahim Tatlısəsin qurbanlarını efirə çıxarsanız, 5 il ərzində hər gün burada proqram edə bilərsiniz”
Rəqs sənətçisi Leyla Adalının İbrahim Tatlısəs tərəfindən zorakılığa məruz qalmasından da danışan Serpil Benay sözlərini belə davam etdirib: "Belə söhbətləri çox eşidirəm. Bunların hamısı mənim yaşadıqlarımdır. Hamı eyni şeyi yaşayır. İbrahim Tatlısəsin qurbanlarını efirə çıxarsanız, 5 il ərzində hər gün burada proqram edə bilərsiniz. Bəzi insanlar utanır. Mən də utandım, amma sonra dedim ki, nə etmişəm ki, utanım? İndi Leyla Adalı da niyə utanmalıdır?”.

Qeyd edək ki, efirdə ilk öncə rəqqasə Leyla Adalı İbrahim Tatlıses tərəfindən təcavüzə uğramasından danışıb. Bunun ardından müğənni Serpil Benay 25 il əvvəl yaşadığı hadisəni dilə gətirib.

Müğənninin bu açıqlamaları hazırda gündəmi zəbt edib.

Sözügedən verilişi təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi