Xoşqədəm hansı kanalda işləyəcək?
"Səni axtarıram" layihəsinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı "Xəzər" TV ilə yollarını ayırandan sonra işsiz qalıb.
Azia.az yenisabah.az-a istinadən xəbər verir ki, komandası ilə birlikdə "Xəzər"i tərk edən aparıcı bu günə kimi heç bir yerli telekanalla anlaşa bilməyib.
Onun ARB-yə keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, sonradan təkzib olundu. Məlumatlara görə, Hidayətqızına Elgiz Əkbərlə eyni efiri bölüşmək təklif olunub. Amma Elgiz bu təklifdən imtina etdiyi üçün Xoşqədəmin ARB-yə keçidi baş tutmayıb.
Məlumatlı şəxsin sözlərinə görə, "Səni axtarıram"ın Space TV-də və REAL televiziyasında yayımlanması da mümkün olmayıb. Hər iki telekanalın rəhbərliyi Xoşqdəmən Hidayətqızı ilə əməkdaşlıqdan imtina ediblər.