azia.az
azia.az

Elgiz Xoşqədəmlə efirə çıxmaqdan İMTİNA ETDİ - İDDİA

26-08-2021, 14:13

Elgiz Xoşqədəmlə efirə çıxmaqdan İMTİNA ETDİ - İDDİA
Aparıcı Xoşqədəm Hidayətqızının "Xəzər TV" ilə yollarını ayırdığ iddia olunur.

O, işdən çıxdıqdan sonra onun "Səni axtarıram" layihəsinin üzvləri də kanaldan ayrılıblar.

Xoşqədəm Hidayətqızının hansı kanalda çalışacağı ilə bağlı bir neçə gündür müzakirələr gedir.

Onun ARB TV ilə işbirliyinə başlayacağı deyilsə də, kanal rəsmi açıqlama yayaraq belə bir fikrin olmadığını açıqlayıb.

Azia.az Yenisabah.az-a istinadən xəbər verir ki, teleaparıcıya ARB telekanalında həmkarı Elgiz Əkbərlə çalışmaq təklif olunsa da, Elgiz buna razılıq verməyib.

Hazırda Hidayətqızının hansı telekanalda çalışacağı ilə bağlı məlumat yoxdur.

Xatırladaq ki, 2015-ci ildə də Elgiz Əkbər Xoşqədəm Hidayətqızı ilə birlikdə təqdim etdiyi "Sən tək deyilsən" verilişindən imtina etmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi