azia.az
azia.az

Xoşqədəm Hidayətqızı "Xəzər" TV-dən ayrıldı - Bəs hara gedir?

17-08-2021, 00:00

Xoşqədəm Hidayətqızı "Xəzər" TV-dən ayrıldı - Bəs hara gedir?
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı yeni mövsümdən başqa telekanalda çıxış edə bilər.

Azia.az-ın əldə etdiyi məlumata görə, Xoşqədəm Hidayətqızı "Xəzər" TV kanalından artıq ayrılıb.

Məlumatda həmçinin bildirilir ki, ARB telekanalı tanınmış aparıcını transfer etmək niyyətindədir. Bununla belə bu transferlə bağlı, ARB rəhbərliyində yekdil fikrin olmadığı, müəyyən fikir ayrılıqlarının yarandığı, hətta gərginliyə səbəb olduğu bildirilir.

"Vəziyyət o həddə çatıb ki, Xoşqədəm Hidayətqızının ARB kanalına transfer edilməsində israr edən kanalın icraçı direktoru Rəşad Məmmədov yaranan fikir ayrılığı səbəbindən hətta vəzifəsindən istefa verə bilər"- deyə mənbə bildirir.

Mövzu ilə bağlı dədiqləşdirmə aparmaq üçün, ARB telekanalının İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.

"ARB Media Qrup”unun Mətbuat katibi Mail Əskərov bildirib ki, aparıcı Xoşqədəm Hidayətqızının kanala transferi ilə bağlı dəqiqləşdirmə aparandan sonra məlumat verə bilər.

Amma kanal rəhbərliyi arasında hər hansı fikir ayrılığı ilə bağlı məsələyə gəlincə Mail Əskərov bu sözləri deyib: "Əvvala "ARB TV"-nin icraçı direktoru Rəşad Məmmədovla bağlı deyilənlər həqiqəti əks etdirmir. Əgər bu cür hal olsa belə, bu, kanal daxili məsələdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi