Şəbnəm Tovuzlu: “Kaş ki, müğənnilərin 40 faizi mənim kimi qanacaqlı ola” – FOTO
ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Şəbnəm Əsədova (Tovuzlu) olub.
Müğənni sosial şəbəkədə ona yazılan mənfi rəylərdən danışaraq, buna önəm vermədiyini bildirib:
“Mənə yazılana pis baxmıram. Məni hər kəs sevə bilməz. Bir növ mənə yazılan paxıllıq da ola bilər. Paxıllıq ediləsi insan da deyiləm. Allah verdiyi görünüşdür. Kaş müğənnilərin 40%-i mənim kimi qanacaqlı, mərifətli, ürəyi təmiz ola. Nəyə görə bəziləri məni başqa cür görür, bilmirəm. Yəqin tanımırlar. Biraz dikbaş kimi görürlər, amma elə deyiləm”