azia.az
azia.az

Gözünün içinə tatu etdirib kor oldu, lakin... - FOTOlar

19-05-2021, 11:45

Gözünün içinə tatu etdirib kor oldu, lakin... - FOTOlar

ABŞ-ın Texas ştatından olan Sara Sabbat tatu aşiqidir.

Azia.az xəbər verir ki, bədəninin bir çox yerində döyməsi olan qız özünü "Venom" filminin qorxunc personajına bənzətmək və göz bəbəyinin rəngini dəyişmək qərarına gəlib.

Lakin tatu ustası fiziolji mayedən az, mürəkkəbdən isə çox istifadə etdiyi üçün Sara müvəqqəti olaraq görmə qabilyyətini itirib.

Göz həkiminin ona yazdığı damcılardan sonra qız tədricən görməyə başlasa da, görməsi tam olaraq bərpa olunmayıb.

O, bir müddət televizora baxa bilməyib və gur işıqdan narahat olub, lakin atdığı addıma görə peşman deyil:
Gözünün içinə tatu etdirib kor oldu, lakin... - FOTOlar
"Bədənimdəki döymələr mənim üçün böyük əhəmiyyət daşıyır. Onların sayəsində özümü ifadə edə bilmişəm. Həyatımın bir hissəsi olaraq, onlar məni qoruyur. Bədənim imkan verdiyi sürəcə tatu etdirməyə davam edəcəyəm".

Sara bədənindəki döymələri özünün "İnstagram" səhifəsində paylaşır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi