azia.az
azia.az

Prezident İlham Əliyevin Benyamin Netanyahu ilə təkbətək görüşü olub

13-12-2016, 14:09

Prezident İlham Əliyevin Benyamin Netanyahu ilə təkbətək görüşü olubDekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub

Sozazadligi.org AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu qarşıladılar.


Azərbaycan Prezidenti İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahu birgə foto çəkdirdilər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

PİA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrailin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Benyamin Netanyahunu və xanımı Sara Netanyahunu hava limanında Azərbaycanın baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi