Türkiyə Müdafiə naziri Fikri İşıqdan ABŞ-ın YPG-yə silah vermək qərarına sərt reaksiya: İlanla çuvala girirlər
azia.az bildirir ki, Türkiyə Milli Müdafiə Naziri Fikri İşıq, "ABŞ Müdafiə Nazirinə də dedim. Bir terror təşkilatını başqa bir terror təşkilatını yox etmək üçün istifadə etmək ilanla çuvala girməkdir" deyərək ABŞ-ın YPG-yə silah vermək qərarına sərt reaksiya göstərib və əlavə edib ki, bunun regionda dəhşətli nəticələrə yol açacağını bilirik. Bu məsələ ilə bağlı hesablamalara davam edəcəyik.
ABŞ-a dəqiq bir təklifimiz oldu. Bu təklifin daha dərindən qiymətləndirilməsini gözləyirik.
Bunun regiona və ABŞ-a faydası olmaz. Bunun nəticələri başda ABŞ olmaq üzrə bütün dünyaya təsir göstərir. Türkiyənin burada oyunu təkbaşına dəyişmək gücü yox amma maraqlarını qorumağa gücü var.
YPG/PYD kimi terror təşkilatı ünsürlərinin iştirak etdiyi əməliyyata Türkiyənin dəstək verməsini heç kəs gözləməməlidir. Bu mövzudakı mövqeyimizi əvvəldən ortaya qoyduq.