azia.az
azia.az

Vəfadan Şəbnəmə üstüörtülü MESAJ:" İki balanı atasız qoyan..." Nə baş verib?

16-05-2021, 11:56

Vəfadan Şəbnəmə üstüörtülü MESAJ:" İki balanı atasız qoyan..." Nə baş verib?
Xəbər verdiyimiz kimi yaxın günlərdə "Media show" menecerlik şirkətinin rəhbəri Ceyhun Əsədov dünyasını dəyişib. Onun beyninə qan sızıb. Şou aləmində olduqca tanınan C.Əsədovun ölümü hər kəsi üzüb. Hamı onunla bağlı paylaşım edib. Lakin müğənni Vəfa Şərifovanın İnstaqram paylaşımı diqqət çəkib.

"Sherg.az" xəbər verir ki, o həmkarı Şəbnəm Tovuzlunun ünvanına sərt sözlər yazıb. Vəfa ad çəkməsə də yazdıqlarından Ş.Tovuzlunu nəzərdə tutduğu anlaşılıb: "Doğrudan da insanlara pislik etmək çox asandır. Ceyhun, indi sən haqq dünyasındasan, sənə şər atan, qanına girən, o iki balanı atasız, evini başsız qoyan əlbəttə bir gün cəzasını çəkəcək. Bu gün Ceyhunun şəklini paylaşıb yalandan "qardaşım" deyənlər vicdan əzabından belə etmirlər. Bunlar hamısı gözdən pərdə asmaq üçündür. Az da olsa vicdana sahib idisə, günahsız insanı şərləyib, özü kimilərini də üzünə şahid qoymazdı. Ətrafında olan hamı bilir ki doğru deyirəm, lakin susurlar. Allahın verdiyi ruzini kimisə şərləmək üçün xərcləyənə işləyənlər bu gündən sizə də var. Diqqətli olun".

Qeyd edək ki, Şəbnəm Tovuzlu Ceyhun Əsədov öldüyü gündən bəri mütəmadi olaraq onunla birgə fotolarını paylaşır. Mərhumla çox yaxın olduğunu söyləyən müğənni C.Əsədova "qardaşım" deyə müraciət edir. Həmçinin Ceyhun Şəbnəmin yaxın qohumudur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi