azia.az
azia.az

Əlilliyin təyini qaydaları dəyişir - VİDEO

7-05-2022, 07:06


Bu ilin iyul ayının 1-dən etibarən Azərbaycanda əlillik dərəcəsinin təyini qaydaları dəyişdirilir. Yeni qaydalar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş sərəncama əsasən həyata keçiriləcək.
Əlilliyin təyini qaydaları dəyişir - VİDEO
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza Xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov Xezerxeber.az-a deyib ki, yeni qaydalara əsasən, diaqnozla yanaşı, əlilliyi təyin edilən şəxsin həyat fəaliyyətinin 7 əsas müxtəlif kriteriyalarının pozulma dərəcələri də qiymətləndiriləcək.

Yeni qaydalar Vətən müharibəsi əlillərinin də əlillik dərəcəsinin təyinatında keçərli olacaq. Yeni qaydaların bu vaxta kimi əvvəlki qaydalarla əlillik dərəcəsi alan şəxslərə şamil edilib-edilməyəcəyinə gəlincə, İlkin Yusifov deyib ki, bu qayda həmin şəxslərə əlillik müddəti başa çatanda şamil ediləcək.

İlkin Yusifov onu da qeyd edib ki, 2021 ci il ərzində ümumilikdə 61 min 847 nəfərə əlillik təyin edilib. Bu ilin 1-ci rübündə isə əlillik təyin ounan şəxslərin sayı 6955 nəfər olub.

Postmüharibə dövründən indiyə kimi isə 2867 Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi