azia.az
azia.az

Azərbaycanda əlillik yeni qaydalarla müəyyən ediləcək

19-04-2016, 10:09

 Azərbaycanda əlillik yeni qaydalarla müəyyən ediləcək Azərbaycanda "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları" təsdiq edilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən xəbərə görə qaydalar əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə təsdiq edilib.
Qaydalara əsasən, göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra - əlillik) müddətinin bitməsi; peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başa çatma vaxtından əvvəl müayinəsi; əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.
Qaydalara əsasən, göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 (yeddi) iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi