Əlillik təyinatı ilə bağlı YENİ QAYDALAR
Əlliyin qiymətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Yeni meyarları nəzərinizə çatdırırıq.![]()
Xəbər verilir ki, əlillik yeni meyarlar ilə müəyyən olunacaq. Bu məqsədlə 100-ə yaxın qanunvericilik aktına dəyişiklik olunub. Baş nazir Əli Əsədovun verdiyi qərara əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti şöbəsinin müdir müavini Ülvi Hüseynov "Xəzər Xəbər"ə deyib ki, insanın 7 əsas həyat fəaliyyəti kateqoriyası var ki, əlillik də məhz bunlara görə təyin edilir.
Ülvi Hüseynovun sözlərinə görə, yeni meyarlar tibbi modeldən sosial modelə keçidlə bağlı hazırlanıb.