azia.az
azia.az

Ünvanlı sosial yardımın orta aylıq məbləği artdı

5-02-2022, 15:14


Ünvanlı sosial yardımın orta aylıq məbləği artdı
Azərbaycanda digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Ünvanlı sosial yardımın orta aylıq məbləği artdı
Qeyd olunub ki, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni Qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib, bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi