Ünvanlı dövlət sosial yardımı alanların nəzərinə!
Avqustun 26-da ünvanlı dövlət sosial yardımının ödənilməsi nəzərdə tutulub.
Azia.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edək ki, avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq həyata keçirilib. Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.