azia.az
azia.az

Məktəb direktorunun əlillik dərəcəsi ləğv edildi

23-05-2019, 08:24


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta yollarla əlillik dərəcəsi almış məktəb direktoru ilə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin mətbuat katibi Fazil Talıbov bildirib ki, bəzi KİV-də heç bir xəstəliyi olmayan Lerik rayonunun M.Qafarov adına Siyov kənd məktəbinin direktoru Əmirov İlham Əvəz oğlunun 8 xəstəlikdən əlillik dərəcəsi alması ilə bağlı məlumat dərc olunub:
Məktəb direktorunun əlillik dərəcəsi ləğv edildi
“Bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlillik məsələləri üzrə işçi qrupu tərəfindən müxtəlif risk qrupları üzrə davamlı olaraq aparılan araşdırmalar nəticəsində əsassız göndərişlər əsasında əlillik təyinatı aparılmış şəxslər müəyyənləşdirilərək əlillik təyinatları ləğv edilir, onlara ödənilən pensiya, müavinət və təqaüdlər geri tutulur. Ötən dövr ərzində 1300-dən çox belə əlillik təyinatı ləğv edilib və dövlət büdcəsinin illik qənaəti milyonlarla manat təşkil edir.

Araşdırmalar üzrə əlilliyi ləğv edilmiş şəxslərdən də biri məhz Əmirov İlham Əvəz oğludur.

Ona dair səhiyyə müəssisənin göndərişində qeyd olunmuş talassemiya diaqnozu rəhbər tutulmaqla Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən sırf göndərişdə qeyd edilmiş məlumatlar əsasında 2018-ci ilin yanvar 12-sində müddətsiz II dərəcə əlillik təyin edilmişdir. Bir müddət öncə həmin göndəriş, onu rəsmiləşdirmiş səhiyyə müəssisəsi tərəfindən əsassız olması səbəbindən etibarsız edilib.
Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd səhiyyə müəssisənin göndərişidir. Şəxslərə dair göndərişdə əks olunmuş məlumatlar əsasında əlillik təyinatı aparılır.

Nazirlik olaraq bu kimi hallara qarşı tədbiləri davam etdirəcək, paralel olaraq sistemin təkmilləşdirilməsi ilə bağlı və preventiv tədbirlər görülməkdədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi