azia.az
azia.az

Ərdoğandan "balkon çıxışı" - qələbə elanı və özünü tənqid -Foto, video

1-04-2019, 08:55

Türkiyə prezidenti və AKP başqanı Rəcəb Tayyib Ərdoğan partiya qərargahının balkonundan vətəndaşlara müraciət edib.
Ərdoğandan "balkon çıxışı" - qələbə elanı və özünü tənqid -Foto, video
Musavat.com-un məlumatına görə, seçkinin nəticələri açıqlanan vaxt AKP üzvləri qərargahın önünə axın ediblər. Əllərində Türkiyə və hakim partiyanın bayrağı olan vətəndaşlar AKP qərargahı önündəki nəhəng ekranda nəticələri izləyiblər.

Esenboğa hava limanında prezident Ərdoğanı vətəndaşlar coşqu ilə qarşılayıb. Ərdoğan hava limanından AKP qərargahına doğru yola çıxıb.
Prezident Rəcəb Tayyib Ərdoğan vətəndaşlara səslənib. Musavat.com-un məlumatına görə, Ərdoğan deyib: "Əziz millətim, sevgili ankaralılar, sizləri salamlayıram. AKP olaraq 3 noyabr 2002 -ci il seçkilərindən bu günə qədər bizi hər zaman birinci etdiniz. Sizə şükranlarımı sunuram. Millətim bizi 15-ci dəfə sandıqda birinci etdi". Daha sonra Ərdoğan bu seçkidə 52 faiz səslə AKP-MHP ittifaqının qalib olduğunu vurğulayıb. Lakin Ərdoğan çıxışında özünütənqidə də yer ayırıb. o, deyib ki, seçkini uduzduğumuz yerlərdə özümüzü millətə doğru-dürüst anlada bilmədik, səhv də, günah da bizimdir. Daha çox çalışmaq lazım idi.

Məsələnin maraqlı tərəfi budur ki, bələdiyyə seçkilərində rəsmi nəticələri gözləmədən özünü İstanbuldakı seçkilərin qalibi elan edən Binəli Yıldırıma Ərdoğan tərəfindən dəstək verilməyib. Bu, Türkiyəli təhlilçilərin də diqqətini cəlb edib. FOX TV yorumçularının fikrincə, Ərdoğanın ''Balkon konuşması'' İstanbulun AK Partinin əlindən çıxdığına dair məlumatdır...

Binəli Yıldırımın rəqibi Əkrəm İmamoğlu isə iddia edib ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə seçkiləri o qazanıb və bunu sübut edəcək sənədlərə sahibdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi