azia.az
azia.az

Əraqçi Nyu-Yorkda belə görüntüləndi: Müharibənin kölgəsində kritik səfər - VİDEO

Bu gün, 08:59

İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gəlib. ABŞ ilə İran arasında gərginliyin davam etdiyi kritik bir dövrdə reallaşan bu səfərlə diqqətlər Əraqçinin Nyu-Yorkdakı görüşlərinə və Tehrandan veriləcək mesajlara yönəlib.

Musavat.com xəbər verir ki, Əraqçini Con Kennedi adına Beynəlxalq Hava Limanında İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəliyinin rəsmiləri qarşılayıblar.

Səfər Vaşinqton və Tehran arasında hərbi və siyasi gərginliyin davam etdiyi son dərəcə həssas bir vaxta təsadüf edir.

"Associated Press" (AP) agentliyinin məlumatına görə, ABŞ administrasiyası İran prezidenti Məsud Pezeşkian və XİN rəhbəri Abbas Əraqçinin də daxil olduğu əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak edə bilmələri üçün viza verib.

Nyu-Yorkdan əvvəl Dohada kritik görüş

Əraqçinin Nyu-York səfərində ilk vacib dayanacaq Qətərin paytaxtı Doha olub. İranlı nazir burada Qətər rəsmiləri ilə regiondakı son prosesləri müzakirə etdikdən sonra ABŞ-yə yola düşüb. Qətər İran ilə ABŞ arasındakı diplomatik təmaslarda vasitəçilik edən əsas ölkələrdən biri kimi önə çıxır.

Əraqçinin Doha üzərindən Nyu-Yorka getməsi tərəflər arasında diplomatik kanalların tamamilə qapanmadığı bir dövrdə baş verdiyi üçün xüsusilə diqqət çəkir. AP bildirir ki, Vaşinqton və Tehran arasında toqquşmaların dayandırılmasına yönəlmiş təmaslar fasilələrlə davam edir.

Qeyd edək ki, ABŞ administrasiyası İranın yüksəksəviyyəli nümayəndə heyətinin BMT Baş Assambleyasında iştirakına icazə verib. Vaşinqton bu qərarın Birləşmiş Millətlər Təşkilatının ev sahibi ölkəsi kimi üzərinə düşən öhdəliklər çərçivəsində qəbul edildiyini bildirib. Lakin İran nümayəndə heyətinin tərkibinin bu il əvvəlki illərlə müqayisədə daha məhdud saxlanıldığı qeyd olunub.

ABŞ həmçinin iranlı rəsmilərin Nyu-Yorkdakı hərəkət marşrutuna və bəzi alış-veriş fəaliyyətlərinə tətbiq edilən məhdudiyyətlərin qüvvədə qalacağını açıqlayıb. Amerika tərəfi xüsusilə İran heyətinin dəbdəbəli mallar almasını qadağan edən mövcud qaydaların davam edəcəyini bəyan edib.

Əraqçinin səfəri İran və ABŞ arasındakı qarşıdurmalar səbəbindən adi bir diplomatik təmas çərçivəsindən kənara çıxaraq büyük əhəmiyyət kəsb edir. AP və digər beynəlxalq mənbələr iki ölkə arasındakı müharibənin fevral ayının sonundan bəri davam etdiyini və BMT Baş Assambleyasının bu gərginliyin kölgəsində toplandığını bildirir.

ABŞ ilə İran arasında nüvə proqramı, Hörmüz boğazının statusu və regional təhlükəsizlik kimi mövzularda ciddi fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, müxtəlif vasitəçilər üzərindən aparılan diplomatik təmaslar tamamilə kəsilməyib.

Əraqçi Nyu-Yorka çatdıqdan sonra İran mətbuatına verdiyi açıqlamada BMT Baş Assambleyasında əsas prioritetlərinin İranın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu bildirib.

İranın dövlət teleradio şirkəti "Press TV"nin məlumatına görə, Əraqçi İran nümayəndə heyətinin əsas məqsədinin BMT platformasında "İran xalqının hüquq və mənafelərini" müdafiə etmək olduğunu vurğulayıb. Əraqçi həmçinin mövcud vəziyyəti öz qiymətləndirməsində "müharibə şəraiti" kimi xarakterizə edib.

Diqqətlər Pezeşkianın çıxışında

İran prezidenti Məsud Pezeşkianın da sentyabrın 22-də Nyu-Yorka yola düşməsi və BMT Baş Assambleyasında ölkəsini təmsil etməsi planlaşdırılır. Pezeşkianın Baş Assambleyadakı çıxışı ilə yanaşı, bir çox ölkənin dövlət başçıları və yüksəksəviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

İran heyətinin Nyu-Yorkdakı təmasları yalnız BMT Baş Assambleyasındakı çıxışlara görə deyil, toplantı çərçivəsində kulis arxasında baş tuta biləcək diplomatik danışıqlar baxımından da yaxından izlənilir. Beynəlxalq mətbuatda Pezeşkian və Əraqçinin Nyu-Yorkda olmasının İran dosyesini Baş Assambleyanın ən çox izlənilən mövzularından birinə çevirdiyi bildirilir.

Masada Hörmüz, nüvə proqramı və müharibə var

İran dosyesində ön plana çıxan başlıca mövzular toqquşmaların dayandırılması, Hörmüz boğazındakı vəziyyət, İranın nüvə proqramı və regional təhlükəsizlikdir. ABŞ və İran arasında bu məsələlərdə hələlik hərtərəfli razılaşma əldə olunmayıb.

Bu səbəbdən Əraqçinin Nyu-York səfəri İranın ABŞ ilə birbaşa və ya vasitəçilər vasitəsilə yeni diplomatik kanal açıb-açmayacağı baxımından da büyük önəm daşıyır. Hələlik Əraqçi ilə ABŞ rəsmiləri arasında Nyu-Yorkda birbaşa görüşün keçiriləcəyinə dair təsdiqlənmiş rəsmi açıqlama yoxdur.








İqbal RZAYEV


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi