azia.az
azia.az

Macarıstan Ukraynaya 20 milyard avroluq yardıma qarşıdır

Dünən, 09:55

Macarıstan Avropa Birliyi (AB) rəhbərliyinin Ukraynaya 20 milyard avroluq yardım paketinin verilməsi ilə bağlı yeni təklifinə qarşı çıxır, çünki bu pulun yalnız müharibənin davam etdirilməsi üçün istifadə olunacağına inanır.

Xəbər verilir ki, bu sözləri Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. O, məsələnin fevralın 24-də AB xarici işlər nazirlikləri rəhbərlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə ediləcəyini bildirib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi