Erməni milyarder Rusiya pasportundan imtina edib Qarabağa köçəcək (VİDEO)
Biznesmen Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Dağlıq Qarabağa köçmək qərarını açıqlayıb.
Qaynarinfo bu barədə RBC-ya istinadən xəbər verir.
"Aldığım riskləri anlayaraq Rusiya vətəndaşlığından imtina edib Ermənistan vətəndaşı kimi "Artsax”a köçmək qərarına gəldim. Bu qərar mənim üçün çox çətin oldu, amma çox düzgündür”, - Vardanyan deyib.
Milyarderin bütün Rusiya aktivləri ailə fonduna köçürüləcək.
"Mən hər şeyi tərəfdaşların rəhbərliyinə verib ailə fonduna köçürəcəyəm”, - Vardanyan RBC xəbər agentliyinə deyib.
Forbes Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirir, 2021-ci ildə o, Rusiyanın ən varlı adamları siyahısında 116-cı yeri tutub.