azia.az
azia.az

Milyarder Vardanyan: “Ermənilər ağır xəstədir”

28-12-2021, 17:07

Milyarder Vardanyan: “Ermənilər ağır xəstədir”
“Böyük əminliklə deyə bilərəm ki, nəyin baş verdiyini anlayırıq: biz ağır xəstəyik və yaralıyıq”.

Bizim.Media xəbər verir ki, bunu erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “Civilnet” YouTube kanalında yayımlanan verilişin efirində deyib.

Aparıcının müharibədən sonra erməni cəmiyyətinə hansı diaqnozun qoyula biləcəyi ilə bağlı sualına iş adamı cavab verib ki, həll yollarını təklif etməzdən əvvəl cəmiyyətin harada olduğunu, nəyin baş verdiyini anlamaq lazımdır:

“Bu il ərzində biz çox böyük işlər görmüşük. Böyük əminliklə deyə bilərəm ki, nəyin baş verdiyini anlayırıq: biz ağır xəstəyik və yaralıyıq. Və bu, iqtisadiyyatla və hətta müharibə ilə bağlı deyil. Bir millət olaraq ən dərin böhran içərisindəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi