azia.az
azia.az

Müharibədə Putinin yeganə qələbəsi açıqlandı

30-05-2022, 10:51


Rusiya müharibə nəticəsində Ukraynadan buğda ixracında yaranan boşluğu doldurmaq üçün hərəkətə keçib.
Müharibədə Putinin yeganə qələbəsi açıqlandı
“AgFlow”-un məlumatına görə, Rusiyanın buğda ixracı illik müqayisədə 18% artıb və ölkənin bu mövsüm buğda ixracına görə vergilərdən əldə etdiyi gəlir 1,9 milyard dollar olub.

Ukraynada müharibə başlayandan bəri Prezident Vladimir Putinin əsas qələbəsi Rusiyadan buğda ixracının həcminin və qiymətinin artması olub.

Fevralın sonundan taxıl ixracı prosesinin çətinləşməsi səbəbindən Ukraynanın buğda ixracı nəzərəçarpacaq dərəcədə azalıb. Britaniya nəşrinin məlumatına görə, 20 milyon tondan çox Ukrayna buğdası ölkə boyu siloslarda və ticarət gəmilərində çürüyür. Ukraynanın ümumi daxili məhsulunun 10%-ni ərzaq və kənd təsərrüfatı sektorunun təşkil etdiyini nəzərə alsaq, bu, ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərir.

Ukrayna dünya üzrə buğdanın beşinci ən böyük ixracatçısı olduğundan, çatdırılmadakı ləngimə səbəbindən ilin əvvəlindən taxılın qiyməti artıq 60% artaıb. Bu isə rekord səviyyəyə yaxınlaşmaq deməkdir. Eyni zamanda, dünyanın əsas buğda ixracatçısı olan Rusiya nəinki daha çox mal satır, hətta daha baha qiymətə satmaqla boşluğu doldurur və çox qazanır.

Belə ki, kənd təsərrüfatı bazarının təhlili ilə məşğul olan “AgFlow” şirkətinin icraçı direktoru Nabil Mseddinin sözlərinə görə, müharibə başlamazdan əvvəl Ukrayna buğdası və qarğıdalı ixracı artır, Rusiya ixracı isə azalırdı. Aprel ayında Ukraynadan buğda ixracı 2021-ci ilin həmin dövrü ilə müqayisədə 32% azalıb. Rusiyadan ixrac isə əksinə, 18% artıb. Şirkətin hesablamalarına görə, bu mövsüm Rusiyanın buğda ixracından vergi gəlirləri 1,9 milyard dollar təşkil edib:

“Ukraynanın ixracının itirilməsi demək olar ki, tamamilə Rusiyanın ixracının artması ilə üst-üstə düşür. Bu, ticarət rəqibini arxa plana keçirmək kimi şərh edilə bilər".

“The Times” yazır ki, bu iki ölkənin əsasən Şimali Afrika və Yaxın Şərqdə bir çox ortaq ixrac tərəfdaşları var. Ərzaq qıtlığı ehtimalı ilə üzləşən ölkələrin çoxu qıtlığı aradan qaldırmaq üçün Rusiyaya üz tutmalı olub. Ən böyük alıcılar Misir, İran və Türkiyədir. Rusiyanın bu ölkələrə ixracı müvafiq olaraq 500%, 481% və 381% artıb.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bu həftə Rusiyanın üstünlük qazanmaq üçün aclıq və taxıldan istifadə etdiyini deyib. Lakin rəsmi Moskva deyilənlərlə razılaşmır və ərzaq böhranını Qərbin sanksiyaları ilə əlaqələndirir.

Xəzər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi