azia.az
azia.az

Onkoloji xəstələrin müalicəsinə ayrılan vəsait ARTIRILACAQ

Bu gün, 18:20

Gələn ilin büdcəsindən onkoloji xəstəliyə tutulmuş şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzinə 64,1 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xəbər verilir ki, bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Həmçinin, bu məqsədlə Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,5 milyon manat olmaqla, cəmi 65,6 milyon manat vəsait yönəldiləcəkdir. Bu, 2025-ci illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çoxdur.

Qeyd edək ki, onkoloji xəstələrə xidmətlə bağlı, müalicənin keyfiyyətinin, xidmətlərin təkmilləşdirilməsi ilə bağlı 2025-ci ilin dövlət büdcəsindən 60,4 milyon manat vəsait ayrılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi