azia.az
azia.az

Buğdanın qiyməti rekord qırır: “Azərbaycanda çörəyin qiyməti də...”

4-11-2021, 07:54


Çikaqo birjasında buğda qiymətləri artan tələb ilə əlaqədar 2012-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb.
Buğdanın qiyməti rekord qırır: “Azərbaycanda çörəyin qiyməti də...”
Şimali Amerika və Qaradəniz bölgəsindəki quraqlıq istehsalın azalması və bu məhsulu idxal edən ölkələrin alışlarının artması ilə buğda qiymətləri yüksəlir. Ən aktiv müqavilə olan dekabr fyuçersi 3.2% olmaqla bir ayın ən böyük artımını qeyd edib. Səudiyyə Ərəbistanının yüksək miqdarlı alışı qiymətlərdəki artıma təsir göstərib. Keçən həftə ölkə 1,3 milyon ton, təxminən 2 dəfə çox alış edib. Ən böyük idxalatçılardan biri olan Misir də Rusiyadan buğda alır.

Maraqlıdır ki, Azərbaycanda buğda ilə bağlı problem olacaqmı? Çörək qiymətləri bahalaşa bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı Akif Nəsirli deyib ki, həm buğda qıtlığı olmasa belə, qiyməti qalxacaq:




“2012-ci ildən bui yana ölkədə bütün qiymətlər qalxıb. Son 1 ildə rəsmi rəqəmlərə görə, ölkədə 5,2 faiz inflyasiya gedib, amma bu, realda 2 rəqəmlə ifadə edilir. İlin sonuna qədər proqnozlar 10 faizdir. Belə bir şəraitdə digər məhsulları kimi, ərzaq buğdasının da qiyməti qalxmalıdır. Azərbaycanda buğdanın qiymətinin qalxması qıtlıqla əlaqəli deyil. Azərbaycanın ərzaq buğda idxal etdiyi ölkələrdə problem yoxdur, əvvəlki illərdə olduğu ritmlə idxal gedir. Digər tərəfdən, işğaldan azad edilən torpaqların hesabına ölkə ərazisində taxıl sahələri xeyli genişləndrilib. Ona görə də hesab edirəm ki, ölkəmizdə buğda qıtlığı problemi yaşanmayacaq. Əvvəlki illərə nisbətən buğdanın qiyməti indi də bahadır və bu bahalaşma davam edəcək”.

İqtisadçı qeyd edib ki, buğda qiymətindəki artımlar çörəyin çəkisinə və ya birbaşa bahalaşmasına təsir edəcək:

“Buğdanın qiymətinin qalxması çörəyin qiymətinin qalxmasına təsir edəcək, təzyiqləri artıracaq. Hökumət həmişə çörəyin qiymətini ucuz, sabit saxlamağa çalışıb. Yəqin ki, bu yöndə yenə addımlar atılacaq. Amma nə qədər addım atılsa da, çörəyin qiymətində bahalaşma olacaq, bu labüddür. Enerji qiymətləri qalxıb, rüsumlar yüksəlir, bazarda da demək olar ki, hər həftə bütün ərzaq məhsullarının qiymətləri artır. Ərzaq qiymətləri artırsa, çörəyin qiyməti niyə sabit qalmalıdır? Ola bilər, qiymət artmasın, çörək elə 40 qəpik qalsın, amma ən azından çəkisi azalacaq. Bunun özü elə qiymət artımıdır”.

Naibə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi