azia.az
azia.az

Marketlər kisə ilə un satışını dayandırdı – Bahalaşma olacaq?

15-02-2022, 14:25

Marketlər kisə ilə un satışını dayandırdı – Bahalaşma olacaq?
Son günlər alıcılar marketlərdə unun məhdud miqdarda satılmasından, daha doğrusu unu kisə ilə ala bilmədiklərindən şikayətlənir.

Məsələ artıq sosial şəbəkələrdə geniş müzakirə edilir. Bəzi marketlər bu halın unun və buğdanın ehtimal edilən qiymət artımı ilə əsaslandırır. Digər versiya isə əsas buğda idxalçımız olan Rusiyanın Ukrayna ilə yaşadığı gərginlikdən doğan sitiuasiyadır.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın un və buğda ilə təchizatında xarici ölkələrin, xüsusilə də Rusiyanın payı böyükdür:

"Azərbaycan hər il Rusiyadan təxminən 70-80 min ton buğda idxal edir. Ümumiyyətlə isə ölkənin illik buğda təlabatı 1.8 milyon tondur. Bunun 300-400 min tonunu daxili resurslar hesabına ödəyirik. Bu mənada deyə bilərik ki, xaricdə buğda və unun qiymətinin artması daxili bazara da təsir edir. Hazırda dünya bazarında taxılın qiymətinin yenidən artması gözlənilir. Bu həm Ukrayna-Rusiya gərginliyi, həm də Kanadadakı quraqlıq ilə əlaqədardır. Bildiyiniz kimi, Kanada da dünyada iri taxıl istehsalçısı hesab edilən ölkədir. Mümkündür ki, mövcud Ukrayna-Rusiya gərginliyi daxili bazarda ehtiyat tədbirlərinin görülməsinə səbəb olub”.

Ekspertin sözlərinə görə, vətəndaşlara un və un məmulatlarının necə və hansı ölçüdə satışı marketlərdən asılıdır:

"Təəssüf ki, bu məsələ qanunvericilikdə öz əksini tapmayıb. Yəni bu məsələni tənzimləyəcək nə bir mexanizm var, nə də qanun. Alınan malın satış qaydaları market sahiblərindən asılıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi