İcra başçısının oğluna yüksək vəzifə verildi
İcra başçısının oğluna yüksək vəzifə verildi. Azia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb. Aparat rəhbəri postuna Kənan Firdovsi oğlu Əliyev gətirilib. O, hazırkı təyinatadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniyanın Madrid şəhərindəki Baş ofisində işləyib.
Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.