azia.az
azia.az

Zamin duran şəxs vəfat edərsə, kredit borcunu kim ödəməlidir?

Bu gün, 18:10

Azərbaycanda bank kreditləri ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də zaminin vəfat etdiyi halda borc öhdəliyinin taleyinin necə olacağı ilə bağlıdır. Məlumdur ki, bir çox hallarda borcalan kreditini ödəmədikdə bank zaminə müraciət edir.

Bəs, zamin dünyasını dəyişərsə, bu halda borc kimdən və necə tələb olunur?


Bu barədə KONKRET.az-a iqtisadçı ekspert Əkrəm Həsənov məlumat verib.

Əkrəm Həsənov

Ekspertin sözlərinə görə, zaminlə borcalanın öhdəlikləri hüquqi baxımdan eynidir və hər iki tərəf kreditor qarşısında məsuliyyət daşıyır:

“Zaminin və ya borcalanın ölməsi öhdəliyi aradan qaldırmır. Hər bir şəxs öz əmlakı ilə cavab verir. Əgər zaminin əmlakı qalıbsa, həmin əmlak hesabına borc ödənilməlidir.”

Əkrəm Həsənov əlavə edib ki, zaminin əmlakı vərəsələrə keçibsə, onlar da qəbul etdikləri mirasın dəyəri həddində bu borca görə cavabdeh sayılırlar:

“Zamin öləndə onun əmlakından borcun ödənilməsi mümkündür. Daha sonra zaminin vərəsələri həmin məbləği borcalandan tələb edə bilərlər.”

Beləliklə, zaminin vəfatı kredit öhdəliyini ləğv etmir, məsuliyyət onun miras əmlakı və vərəsələri üzərində davam edir.

Aynurə İsmayıl


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi