"Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış" — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
Ramiz Mehdiyevin cinayət əməlləri üzə çıxdıqdan sonra özü və ailəsi haqqında hər gün yeni informasiyalar yayılır.
Medianın gündəmində olan müzakirələrdən biri də,Ramiz Mehdiyevin ailəsində “erməni izi” iddiasdıdır.Mətbuat bundan əvvəl Ramiz Mehdiyevin erməni oğulluğu olduğu iddia edilən Levan Qurskaya haqqında məlumat yaymışdı. Onun Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın Yura adlı ermənidən qeyri-qanuni yolla dünyaya gətirdiyi oğlu olduğu iddia olunur. Polkovnik rütbəli Levan Qurskaya mühüm postlardan birini tutub.
Oxu24.com Ramiz Mehdiyevin qayınanasının kimliyi barədə ilginc məlumatlar əldə edib. Məlumata görə, O Ramiz Mehdiyevin arvadı Qalina Mehdiyevanın anası Natela Kondratevna Qurskayadır. (Nadaraya). 1923 -cü ilin fevralın 23-də anadan olan Natela Qurskaya 2007-ci ilin martın 26-da ölüb.
Onun qəbri Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı”nda xristianlara mənsub qəbiristanlıqdadır.
Sayt erməni əsilli olduğu iddia edilən Natela Qurskayanın dəfni ilə bağlı özəl məlumatlar da əldə edib.
Mənbənin saytımıza verdiyi məlumata görə,Ramiz Mehdiyevin qayınanasının 2007-ci ildə baş tutan dəfnində məhdud sayda,ailəyə yaxın hesab edilən adamlar iştirak edib. Həmin şəxslərin adları bizə məlum olsa da,açıqlanmasını müəyyən səbəblərdən hələlik məqbul hesab etmirik.
Mənbənin verdiyi məlumata görə,Qalina Qurskaya anasının dəfnində ağlayaraq, erməni dilində ifadələr işlədirmiş. Həmin vaxt ətrafda olan şəxslər də onu sakitləşdirməyə çalışıblar.
Oxu24.com saytının əməkdaşları Ramiz Mehdiyevin qayınansının dəfn olunduğu qəbiristanlıqda olub.
Natela Qurskayanın qəbiri xüsusi altı metr hündürlükdə qala divarla əhatə olunub və dəmir qapı ilə mühafizə olunur. Qapının açarının bir nüsxəsi ailədə,digəri isə təmizlik işlərinə baxan qəbiristanlıq əməkdaşlarındadır.
Məzarlıqda çəkiliş apardığımız zaman məlum oldu ki, iki aydan artıqdır ailədən məzara baş çəkən yoxdur. Görünür,başları özlərinə qarışan Mehdiyevlər erməni nənələrini yaddan çıxarıblar.Söhbətimiz zamanı məlum oldu ki, Mehdiyevlər ailəsinin məzarlıq işçilərinə də pul borcu var.
“Buraya tez-tez o qoca,əsə-əsə gəzən arvad (Red- Ramiz Mehdiyevin arvadı,Qalina Mehdiyevanı nəzərdə tutur) gəlirdi.Özü də 10-AA-501 dövlət nömrə nişanlı avtomobillə ... Bir də hərdən o bankda işləyən qız da (Red - Gəlini Nigar Mehdiyevanı nəzərdə tutur) gəlirdi. İki aydır ki,nədənsə,gəlmirlər.Bizə də hər dəfə 20 manat pul verirdilər. Axırıncı dəfə təmizlədik,dedikləri işləri gördük, amma pulumuzu vermədilər.Sonra eşitdim ki,bunlar ermənidilər... Bunlar doğurdan da ermənidirlər? Erməni olduqlarını eşidəndən sonra daha təmizləmirəm”,-deyə məzarlığın əməkdaşı saytımıza açıqlamasında deyib.
Məzarlıqdan həmin görüntüləri təqdim edirik:
Miri Məcidli