azia.az
azia.az

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməkdən imtina edib.

Bu gün, 10:27

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməkdən imtina edib.

 

Xəbər verilir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

 

Trampa üç variant təklif olunub: sənaye və ali rəhbərliyi hədəf alan sərt sanksiyalar, enerji sektoruna yönəlmiş orta variant və yüngül məhdudiyyətlər paketi. Qərarın qəbulunda dövlət katibi Marko Rubio və müdafiə naziri Pit Heqset iştirak edib və Trampın seçimini dəstəkləyiblər. Oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi “Rosneft”, “Lukoyl” və onların 34 törəmə şirkətini yeni sanksiyalar siyahısına daxil edib.

 

Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib ki, bu məhdudiyyətlər Moskva üzərində təzyiqi artıracaq. Rusiya prezidenti Vladimir Putin isə sanksiyaların ölkə iqtisadiyyatına ciddi təsir etməyəcəyini və ABŞ-nin bu addımının Rusiya–Amerika münasibətlərinə zərər vurduğunu deyib.

 

Niyaz Hacıyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi