MEK əməkdaşı UNEC Kitabxana-İnformasiya Mərkəzində məruzə ilə çıxış edib
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova UNEC Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutan "Təhsil sistemində kitabxanalararası tandem: Universitet və məktəb kitabxanalarının tərəfdaşlıq imkanları" adlı dəyirmi masada iştirak edib.![]()
Beynəlxalq Məktəb Kitabxanaları Günü çərçivəsində keçirilən dəyirmi masada məktəb kitabxanalarının mövcud vəziyyəti, qarşılaşdığı çağırışlar, onların inkişaf perspektivləri, eləcə də universitet kitabxanaları ilə məktəb kitabxanaları arasında qarşılıqlı əməkdaşlıq müzakirə olunub. ![]()
Dəyirmi masada Səyyarə Məmmədova “Müasir məktəb kitabxanaları və pedaqoq kitabxanaçı” adlı məruzə ilə çıxış edib. O, şagirdlərin mütaliəyə diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs edib. S.Məmmədova məktəb kitabxanalarında əldə edilən ilk müsbət təcrübələrin yetkinlik yaşına qədər davam edən mütaliə və kitabxana sevgisini inkişaf etdirdiyini qeyd edib. Həmçinin, MEK-də kitabxanalarla gənclər arasında əlaqələrinin qurulması yönündə həyata keçirilən tədbirlərdən, kitabxana fəaliyyətinin dərs proseslərinə inteqrasiyasının əhəmiyyətindən danışıb.