azia.az
azia.az

Çinlilər daha çox bu avtomobilləri sürürlər - Yerli istehsal deyil

Bu gün, 11:08

Azərbaycanda Çin maşınlarına maraq günbəgün artır. 2025-ci ilin ilk doqquz ayında Azərbaycana avtomobil idxalı rekord səviyyəyə çatıb.

Day.Az xəbər verir ki, (DGK) açıqladığı statistik göstəricilərə əsasən, yanvar-sentyabr ayları ərzində ölkəyə ümumilikdə 85 257 ədəd avtomobil gətirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz artım deməkdir.

Məlumatlara əsasən, ötən il idxal olunan elektrik və hibrid avtomobillərin ümumi payının təxminən 78 faizi məhz Çin markalarına məxsus olub.

Azərbaycanlılar Çin maşınlarına bu qədər maraqlı olduğu halda çinlilər özləri hansı avtomobilləri sürürlər? 


Çində yaşayan həmyerlilərimizdən birinin verdiyi məlumata görə, çinlilər əsasən Avropa istehsalı maşınlar sürürlər. Orada yerli avtomobillərə maraq azalıb. 

Həmyerlimizin sözlərinə görə, çinlilər "Leksus", "Mersedes" "Porsche", və "Tesla" avtomobilləri sürürlər. Onlar əsasən, böyük mühərrikli avtomobilləri idarə edirlər. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi