azia.az
azia.az

SEPAH-dan Azərbaycana qarşı daha bir təxribat – Qarabağ yox, “Artsax” yazdılar

14-04-2022, 13:22

SEPAH-dan Azərbaycana qarşı daha bir təxribat – Qarabağ yox, “Artsax” yazdılar
İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars” xəbər agentliyi Qarabağın adını təhrif edərək "Artsax” yazaraq Rusiya Müdafiə Nazirliyinin mövqeyini təbliğ edir. Agentlik Azərbaycan hərbçilərinin atəşkəsi pozduqlarını və "Artsax”da dinc sakini güllələdiklərini iddia edir.

"Hadisə Azərbaycan Ordusunun sərhədi pozaraq irəlilədiyi "Parux" (Fərrux) bölgəsində baş verib. Bir gün sonra Azərbaycanın "Bayraqdar" pilotsuz uçuş aparatı "Artsaxa” hücum edərək üç erməni hərbçisini öldürüb”- SEPAH-ın saytında qeyd olunub.

Qeyd edək ki, son günlər SEPAH-a aid media orqanları Azərbaycan və Türkiyəyə qarşı təhdid məzmunlu materiallar yayır.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi