azia.az
azia.az

İranda nə baş verib?

17-01-2022, 18:22

İranda nə baş verib?
Naməlum qırıcılar İran səmasına daxil olub, bir neçə tunel və raket platformasını dağıdıb.


Axar.az xəbər verir ki, bu haqda İranın “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Hadisə yanvarın 16-da səhər saatlarında baş verib. Verilən məlumatda gizli şəkildə İran səmasına daxil olan qırıcıların Babacani bölgəsində SEPAH-a məxsus tunelləri, eləcə də Kirmanşah və Həmədan vilayətlərində bir neçə raket buraxılış platformasını məhv etdikdən sonra ölkə sərhədlərindən çıxdığı bildirilib. İranın hava hücumundan müdafiə sistemləri işə düşsə də, heç bir hədəfi vura bilməyib. Hadisə nəticəsində ölkənin qərbində bir neçə saat sərnişin uçuşlarının da təxirə salındığı qeyd olunub. Məsələ ilə bağlı SEPAH-ın komandanlığından heç bir açıqlama verilməyib. SEPAH-a bağlı bəzi xəbər kanallarında isə dağıdılan platforma və tunellərin hərbi təlimlər zamanı şərti hədəf olduğu vurğulanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi