azia.az
azia.az

“Minlərlə kərbəlayi, məşədi, hacı xanım var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir” -DEPUTAT

5-04-2022, 16:06


Səmimi müsəlmanlar başqa insanların müəyyən faciəsinə heç vaxt sevinməzlər…”
“Minlərlə kərbəlayi, məşədi, hacı xanım var ki, cəmiyyətin ən yaramaz tör-töküntüləridir” -DEPUTAT
Azia.az bildirir ki, bu sözləri ”Yenisabah”a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Bakıda gecə saatlarında “Location” klubda baş verən partlayış barədə danışan deputat sosial şəbəkələrdə bu hadisəni dinlə əlaqələndirənlərin yanaşmasının doğru olmadığını bildirib:

“Bunu hansısa bir ayla, ibadətlə əlaqələndirməzlər, çünki qəza olanda müsəlman da ölür. Partlayış baş verəndə bəlkə onun yaxınından keçən bir müsəlman ölüb, bəlkə bir yaxının xəsarət alıb, bunu necə müəyyən edə bilərsən?”.

Fazil Mustafa qeyd edib ki, bir qrup insanın bu faciəni dinlə əlaqələndirməsini bütün dindarların adına yazmaq doğru deyil:

Ona görə də 10-15 nəfər axmağın hərəkətini bütövlükdə müsəlmanların adına yozmaq doğru deyil. Bunun dinlə əlaqələndirilməsi isə ümumiyyətlə, doğru deyil. Bu, bir faciədir. Hərənin öz həyat tərzi var. Bunun başqasına nə aidiyyatı var? Elə yer var ki, orada məscid partlayır, orada ölənlərin də hamısı müsəlman olur. Bəs onda necə?

İstər müsəlman, istər xristian, yəhudi, istərsə də ateistin həm ağıllısı, həm də səfehi var. Bu məsələdə 10-15 nəfərin düşüncəsiz yanaşmaları və çağırışlarını bütövlükdə dinə şamil etmək doğru deyil. Ağıllı insanlar bu faciəyə yalnız kədərlənə bilərlər”.

F.Mustafanın sözlərinə görə partlayış zamanı xəsarət alanların yaşayış tərzi heç kəsi maraqlandırmamalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi