azia.az
azia.az

“Alov qüllələri”nin qarşısında partlayış, xəsarət alanlar var (FOTO)

30-12-2021, 11:27

“Alov qüllələri”nin qarşısında partlayış, xəsarət alanlar var (FOTO)
Bakıda qaz sızmasından partlayış olub.

Azia.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, "Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olub.


“Alov qüllələri”nin qarşısında partlayış, xəsarət alanlar var (FOTO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi