azia.az
azia.az

Quru Qoşunlarının birləşmələri ilə -komanda-qərargah təlimləri keçirilir

24-02-2022, 13:23

Quru Qoşunlarının birləşmələri ilə -komanda-qərargah təlimləri keçirilir
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının birləşmələri ilə komanda-qərargah təlimləri keçirilir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan hərbi hissələrin idarəetmə orqanlarının ərazidə açılması təmin olunur və bölmələrin fəaliyyətləri xəritə üzərində dəqiqləşdirilir. Tapşırıqların icrası ilə bağlı komandirlər tərəfindən qəbul edilmiş qərarların məruzələri dinlənilir.
Quru Qoşunlarının birləşmələri ilə -komanda-qərargah təlimləri keçirilir
Təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaq, eləcə də qərargahların fəaliyyətini və bölmələr arasında qarşılıqlı əlaqəni təkmilləşdirməkdir.

Komanda-qərargah təlimlərində qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi