azia.az
azia.az

Azərbaycan Paşinyana hansı şansı verdi? - Ermənilər ya doğulacaq, ya boğulacaq

1-02-2022, 16:09

Azərbaycan Paşinyana hansı şansı verdi? - Ermənilər ya doğulacaq, ya boğulacaq
Prezident kimi 18 ildə 18-ci dəfə Gəncəyə səfər edən İlham Əliyev orada ənənəvi olaraq bir sıra dövlət əhəmiyyətli açılışlarda iştirak etdi. Əslində dövlət başçısının ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə bu tədbirləri həyata keçirməsi deməyə əsas verir ki, baxmayaraq ki, müharibədən yeni çıxmışıq, işğaldan azad edilən ərazilər sürətlə bərpa edilməli, bütün infrastruktur layihələr ən qısa zamanda həyata keçirilməlidir, bütün bunlar azmış kimi dünyanı aciz duruma salan pandemiya bəlası bizdən də yan ötüşməyib, amma Azərbaycan yenə də qarşısına qoyduğu layihələri ölkənin bütün bölgələrində qaldığı yerdən davam etdirir.

Doğrudur, hazırda demək olar ki, bu gün bizim əsas diqqətimiz azad edilmiş torpaqlara - Qarabağa, Zəngəzura yönəlib. Həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri bir addım öndə görünə bilər, lakin dövlət başçısının Gəncə səfəri bunu deməyə əsas verdi ki, bütün başqa şəhər və rayonlarımız da daim diqqət mərkəzindədir.

Azərbaycan Paşinyana hansı şansı verdi? - Ermənilər ya doğulacaq, ya boğulacaq
Sirr deyil ki, Gəncə 44 günlük müharibə zamanı Ermənistan ordusunun hücumuna məruz qalan şəhərlərimizdən oldu. Prezidentin ölkənin ikinci ən böyük şəhərindən AZƏRTAC-a müsahibəsi zamanı qeyd etdiyi kimi müharibə zamanı Gəncəyə 13 raket atılıb ki, onlardan 8-i dinc əhalinin sıx yaşadığı yerlərə düşərək mülki insanların həyatına son qoyub. Ermənistan çox yaxşı bilirdi ki, Gəncə şəhəri nə təmas xəttində idi, nə də cəbhə bölgəsinə yaxın ərazi. Digər tərəfdən, ermənilər Gəncədə hərbi əhəmiyyətli obyektin olmadığını da bilirdi. Müharibə gedişində məhz Gəncənin hədəf seçilməsi dinc əhaliyə qarşı raket hücumlarının edilməsi faktiki olaraq Ermənistanın və onun liderlərinin bir daha faşist təfəkkürlü şəxslər olduğunu sübut edir. İlham Əliyev İkinci Qarabağ Müharibəsinin gedişində erməni faşist ordusu tərəfindən bütün beynəlxalq hüquq və normaları ayaq altına atan terror hücumu nəticəsində dağıdılmış ərazidə Memorial Kompleksin təməlini qoyması və elə yerindəcə etdiyi açıqlamalarla çox güman ki, Ermənistanda yenə bir çox qüvvələrin, siyasi dairələrin yuxusunu qaçırmağı bacardı.

Prezidentin Gəncədən verdiyi mesajlarda Köçəryan və Sarkisyan cütlüyünün daha çox hədəf seçilməsi isə xüsusilə diqqət çəkdi. O, hədəf olaraq keçmiş "Qarabağ klanı"nın əli günahsız azərbaycanlıların qanına batmış iki türk düşmənini xüsusi qeyd edərək kin-küdurət, nifrət toxumlarının səpilməsindəki "əməklərini" qeyd etməsi fonunda Ermənistan baş naziri Nikol Paşinyanı bir qədər arxa planda saxlaması İlham Əliyevin Ermənistanlın hazırki rəhbərinə verdiyi növbəti böyük şansdır. Bununla da dövlət başçımız Nikol Paşinyanın nüfuzunu çox zədələyəcək fikirləri təxirə salmaqla erməni baş nazirə iki ölkə arasında münasibətlərin tənzimlənməsi istiqamətində cəsarətli addımlar atmaq üçün bir imkan yaratmış oldu.

Bu gün İlham Əliyevin istənilən çıxışının Ermənistanın sosial şəbəkə seqmentində və digər KİV-lərində gündəmə çevrilməsi oradakı gündəmə Azərbaycan Prezidentinin nə dərəcədə təsir gücünü göstərən amildir. Köçəryan, Sarkisyan cütlüyünün qalmayan nüfuzunun növbəti dəfə dövlət başçımız tərəfindən yerlə bir edilməsinə baxmayaraq, Paşinyanla bağlı çox sərt ifadələrin səsləndirilməsi erməni baş nazirinə Ermənistanın daxili auditoriyasında nüfuzunun bir az da artmağına dəstəkdən başqa bir şey deyil. Əsas rəqibləri ilə daxildə amansız mübarizə içində olan Paşinyana belə bir zamanda Prezident İlham Əliyevin bu cür "yanaşması" təbii ki, onun əlini bir az da gücləndirə bilər ki, bu da heç şübhəsiz ki, rəsmi Bakının planlarına uyğun ssenarinin tərkib hissəsidir deyə bilərik.

Azərbaycan Paşinyana hansı şansı verdi? - Ermənilər ya doğulacaq, ya boğulacaq
Amma Prezident çıxışı zamanı "Əfsuslar olsun ki, indiki Ermənistan hakimiyyəti faşistləri təbliğ edir, onları müdafiə edir" deməklə Paşinyana çox ciddi bir mesaj verir. O, bu açıqlaması ilə erməni baş nazirə iki ölkə arasında sülhə mane olacaq təbliğat kampaniyalarına ciddi mane olmağın zamanının yetişdiyinə işarə etdi. Təbii ki, istər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın məqsədyönlü şəkildə dinc əhalini hədəf seçməsi bu ölkənin siyasi dairələrinin hələ də faşist düşüncəsində olduğunu göstərir. Lakin Prezident İlham Əliyevin bu mövzuda Robert Köçəryan və Serj Sarkisyanın üzərində xüsusi olaraq dayanması, Paşinyanı nisbətən arxa planda saxlaması, bu, rəsmi Bakının bu gün Paşinyan üçün yerini möhkəmləndirmək, mövqeyini daha sağlam, daha güclü etmək üçün yaratdığı şansdır. Paşinyan bu şansdan, bu fürsətdən həm xalqının gələcək xoş güzaranı, həm də özünün kürsüsünü möhkəmləndirmək üçün istifadə etməyə çalışmalıdır.

Bu gün hər fürsətdə Paşinyanı devirmək planlarını həyata keçirməyə çalışan Sarkisyanların, Köçəryanların İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətə görə tez-tez onu ittiham etmələri nə qədər qeyri-effektivdirsə, onlar barədə Azərbaycan prezidentinin az qala hər çıxışında faktlara əsaslanan mesajları bir o qədər böyük təsir imkanına malikdir, effektlidir. Paşinyan da bunun fərqindədir. Azərbaycanın şərtləri, üçtərəfli bəyanatların yaratdığı imkanlar Ermənistana şans yaradır ki, bu dövlət Cənubi Qafqazda yenidən daha sağlam doğulsun, qonşularla münasibətlərində yeni mərhələyə qədəm qoysun.
Azərbaycan Paşinyana hansı şansı verdi? - Ermənilər ya doğulacaq, ya boğulacaq
Əgər erməni baş nazir bu gün ona verilən bu fürsəti üstünlüyünə çevirə bilməsə, rəsmi Bakı tərəfindən edilən növbəti açıqlamalar kifayət edəcək ki, Ermənistan daxilində narazılıqlar, hakimiyyət uğrunda savaş yenidən dözülməz həddə çatsın. Nəticədə isə yenə itirən erməni xalqı, erməni insanı olacaq.


Mənbə:Milli.Az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi